Bakıda “Abşeron” ticarət mərkəzində sexdə yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda “Abşeron” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 130 m² olan taxta sexinin içərisində sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd kondisioner və 30 m² sahədə taxta materialları yanıb...

Fövqəladə Hallar Nazirliyindən Poliqon-a verilən xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Poliqon.info