Berlində İspaniya-İngiltərə yığmalarının oyunundan öncə terror aktının qarşısı alınıb

Almaniya polisi AVRO-2024 çərçivəsində İspaniya və İngiltərə yığmaları arasında keçirilən oyundan bir neçə saat əvvəl Berlində Braytşaydplats meydanında terror aktının qarşısını alıb...

APA-nın xəbərinə görə, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Hədəf Braytşaydplats meydanındakı İnjiltərə millisinin tərəfdarları olub. Alman polisinin reyd zamanı 3 şübhəlini saxlaması nəticəsində terror aktının qarşısı alınıb.

Şübhəlilər öncədən polisin müşahidəsi altında olub. Şübhəlilərin mobil telefonlarında ərazidə yerləşən Braytşaydplats meydanı və kilsənin fotoları aşkarlanıb.

Poliqon.info