Ərdoğan nazir və deputatlarla basketbol oynadı    

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazir, millət vəkilləri və digər məmurlarla basketbol oynayıb...

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının sədri Mustafa Varank sosial media hesabında paylaşıb.

Matçda Prezident Ərdoğanla yanaşı Əmək və Sosial Müdafiə naziri Vedat İşıkhan, Gənclər və İdman naziri Osman Aşkın Bak, İzmir millət vəkilləri Mehmet Kasapoğlu və Alpay Özalan , Gənclər və İdman Nazirinin müavini Həmzə Yerlikaya, Türkiyə Basketbol Federasiyasının prezidentinin baş müşaviri Hidayet Türkoğlu da iştirak edib.

Poliqon.info