Ağstafada avtomobilin vurduğu 92 yaşlı kişi ölüb

Ağstafada piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1932-ci il təvəllüdlü Rəhim Rəhimovu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq 92 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info