Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

"Şimali Kiprin beynəlxalq aləmdə məruz qaldığı haqsız təcridin aradan qaldırılması üçün səylərimizi davam etdiririk"..

Oxu.Az Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfərdən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamasında bildirib.

"Şimali Kiprin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının çətiri altında öz layiqli yerini tutması üçün nə lazımdırsa edirik. Bu baxımdan Şuşada keçirilən Türk Dövlətləri Zirvə toplantısında cənab Tatarın iştirakı son dərəcə mənalı idi. İnşallah, qarşıdakı dövrdə bunun ardınca yeni addımlar atılacaq", - deyə dövlət başçısı bəyan edib.

Poliqon.info