Fransalı siyasi lider: Paris həbsxanaya çevrilib

Olimpiada ərəfəsində Parisin bəzi ərazilərində hərəkətin məhdudlaşdırılması ilə əlaqədar Fransa paytaxtı həbsxanaya çevrilib...

“Report” xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Dünən Parisdən keçərkən əmin oldum ki, paytaxt həbsxanaya çevrilib! Dünyanın heç yerində belə bir şey görməmişəm. Söhbət etdiyim polis əməkdaşlarından bəziləri gördükləri işin (evlərinə qayıdan insanların skan edilməsinin) mənasız olduğunu dərk etdiklərini söyləsələr də, təəssüf ki, bunu yenə də edirlər!”, – paylaşımda bildirilib.

Poliqon.info