Ukraynalılar Polşada qəzaya düşdü - 9 yaralı

Polşada içərisində Ukrayna vətəndaşlarının olduğu mikroavtobus qəzaya düşüb...

“Qafqazinfo” “RMF24”ə istinadən xəbər verir ki, hadisə Almaniya ilə sərhədə yaxın Svebodzin şəhərində qeydə alınıb.

Məlumata görə, avtobus yol təmiri xidmətinin texnikasına çırpılıb. Zərbə nəticəsində avtobus aşıb.

Qəza zamanı avtobusda olan 9 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır. Yaralılar arasında uşaqlar da var.

Poliqon.info