Zelenski Trampla görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ-nin sabiq Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub...

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Zelenski öz sosial şəbəkə hesablarında paylaşıb. 

Onun sözlərinə görə, söhbət zamanı əsas olaraq ABŞ-dən Ukraynaya dəstək məsələləri müzakirə edilib. 

Bununla belə, Zelenski qeyd edib ki, tərəflər şəxsi görüş barədə razılığa gəlib. 

D.Tramp isə öz növbəsində “Truth Social” sosial şəbəkəsində Zelenski ilə telefon danışığının çox yaxşı keçdiyini vurğulayıb.

Poliqon.info