Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Bakının Qaradağ rayonunda anasını qəsdən öldürməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Kamran Şükürzadə barəsində cinayət işi açılıb...

Bu barədə Qaradağ Rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 20-də saat 07 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla şəxsi münasibətlər zəminində Aybəniz Şükürovanı oğlu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***

Bakının Qaradağ rayonunda anasını qətlə yetirməkdə şübhəli bilinən oğlu saxlanılıb.

Poliqon xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu gün səhər saat saatlarında Bakının Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu 1991-ci il təvəllüdlü Şükürzadə Kamran Etibar oğlu saxlanılıb. O, polisə könüllü gəlib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info