Saray qəsəbəsində ağır qəza: iki nəfər ölüb

Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib, avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfər ölüb...

Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, xilasedici əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb və 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Poliqon.info