Parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib, dördü qeydə alınıb

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib...

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 25 partiyanın 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib. 532 nəfərin isə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

"451 nəfər imza vərəqləri alıb. 31 nəfər isə imza vərəqlərini qaytarıb. 4 nəfərin namizədliyi qeydə alınıb", - deyə sədr vurğulayıb.

Poliqon.info