Stoltenberq: Avropa Ukraynada onillik müharibəyə hazır olmalıdır

NATO müttəfiqləri Ukraynadakı müharibənin ən azı on il davam edəcəyinə hazır olmalıdırlar...

Poliqon xəbər verir ki, bunu BBC-yə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Burada əsas odur ki, biz Ukraynanı nə qədər güclü dəstəkləsək və onu dəstəkləməyə nə qədər hazır olsaq, müharibə bir o qədər tez bitə bilər. Paradoks ondadır ki, Putin indi bizdən üstün ola biləcəyini düşünür. Ona görə də müharibə davam edir. Biz uzun müddətdir burada olduğumuzu, Ukraynaya uzun müddət kömək etmək niyyətində olduğumuzu açıq şəkildə bildirdikdə, münaqişənin həlli üçün şərait yaradacağıq və Ukrayna suveren kimi qalib gələcək", deyə baş katibi bildirib.

Stoltenberq həmçinin Avropanı Ukraynaya hərbi yardım üçün ayrılan vəsaitləri artırmağa çağırıb və ABŞ seçkilərində qalib gəldikdən sonra Donald Trampın Ukraynaya maliyyəni ya kəsəcəyi, ya da tamamilə dayandıracağı ilə bağlı qorxularını xatırladıb.

NATO bu yaxınlarda elan edib ki, 2024-cü ilin sentyabrından başlayaraq Almaniyanın Visbaden şəhərindəki xüsusi bölmə Ukraynaya hərbi yardımı koordinasiya edəcək.

"Bu, yardımın daha çox proqnozlaşdırıla bilməsini və cavabdehliyini təmin edəcək, həmçinin Ukraynanı dəstəkləməyə davam etmək niyyətində olduğumuzu nümayiş etdirəcək", deyə Stoltenberq yekunlaşdırıb.

Poliqon.info