Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Rəhim Rəsulov dəfn edilib - Yenilənib

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhim Əlyar oğlu Rəsulovla Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb...

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Qalıqları Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Rəhim Əlyar oğlu Rəsulovun nəşi Sumqayıt şəhərinə gətirilib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rəhim Əlyar oğlu Rəsulov 1967-ci il dekabrın 19-da anadan olub. O, 1991-ci il dekabrın 28-də Kərkicahan kəndində itkin düşüb.

R.Rəsulov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Poliqon.info