ABŞ-ın qərarları Vaşinqtonun müttəfiqlərinin narazılığına səbəb olub

ABŞ prezidenti Co Bayden administrasiyasının dünya səhnəsində verdiyi qərarlar Vaşinqtonun müttəfiqlərinin narazılığına səbəb olub...

Poliqon xəbər verir ki, bu barədə The Guardian qəzetinin jurnalisti Ouen Cones məqaləsində yazıb.

"Hillari Klinton və Co Bayden kimi demokratik elitaların, ilk növbədə İraq və Əfqanıstanda, eləcə də Liviyada hərbi təcavüzü qanlı xaos və digər ölkələrin gözündə Amerikanın beynəlxalq alçaldılması ilə səciyyələnirdi. Bu gün Bayden Demokrat müttəfiqlərini qəzəbləndirdi və İsrailin soyqırımına verdiyi dəstəyi ilə ABŞ-ı bütün dünyada biabır etdi", deyə müəllif qeyd edib.

Consun qiymətləndirməsinə görə, Amerika siyasi sistemi böhran içindədir: səmərəsiz liderlərin rəhbərlik etdiyi ölkə öz dominant ideologiyasına inam böhranı, dünya səhnəsində alçaldılma ilə üzləşir və iqtisadiyyatı öz vətəndaşlarının əksəriyyətinin ehtiyaclarını çətinliklə qarşılayır.

Jurnalist yazır ki, liberal nizam gözümüzün qabağında məhv edilir.

O xatırladıb ki, Corc Buşun hakimiyyətə gəlməsinin nəticələri, 11 sentyabr 2001-ci il faciəsi və İraqdakı münaqişə sadə amerikalılara mənfi təsir göstərib, Böyük Depressiyadan sonra kapitalizmin ən ciddi böhranına gətirib çıxarıb.

Poliqon.info