Pentaqondan Trampın vitse-prezidentliyə namizədinə cavab

Donald Trampın seçkilərdə qələbə qazanacağı təqdirdə ABŞ-ın vitse-prezidentliyinə namizədi Ceyms Di Vens bildirib ki, ABŞ Ukraynanın qələbəsi üçün kifayət qədər silah istehsal edə bilməz...

Poliqon xəbər verir ki, Pentaqonun sözçüsü Sabrina Sinq bu açıqlamanı şərh edib.

Amerikanın Səsi müxbirinin sualını cavablandıran Müdafiə Nazirliyinin nümayəndəsi ABŞ-ın müdafiə və sənaye bazasını aktivləşdirdiyini vurğulayıb. Sinq Ukraynanın müharibədə qalib gələ bilməyəcəyi fikrini rədd edib.

Pentaqonun sözçüsü qeyd edib ki, o, siyasi çıxışlar və ya seçki kampaniyası ilə bağlı şərh verməyəcək. Lakin əlavə edib ki, ABŞ Müdafiə Nazirliyinin işi və öhdəlikləri barədə danışa bilər.

"Yadda saxlamaq lazımdır ki, bu idarəçilik dövründə biz müdafiə sənayesi bazamızı gücləndirmişik. 155 mm-lik mərmilərin və nəinki müdafiə və sənaye bazamızı gücləndirən, həm də ukraynalılara kömək edən digər vasitələrin istehsalına gəldikdə, biz burada, evdə iş yerləri yaradırıq. Mən Ukraynanın bu müharibədə qalib gələ bilməyəcəyi fikrini də rədd edərdim. Biz ukraynalıların döyüş meydanında necə inanılmaz uğur qazandığını gördük. Onlar qazmağa və rusları geri itələməyə davam edirlər. Hər şey bir gündə bitməyəcəkdi. Bu vaxt aparacaq. Ukraynanın dünyanın hər yerindən aldığı dəstək, məncə, ABŞ-ın da öhdəliyinə əsl sübutdur", deyə Sabrina Sinq bildirib.

Poliqon.info