Zelenski: Ukraynadakı müharibə diplomatiya ilə bitə bilər

Ötən ay İsveçrədə Ukraynadakı müharibə ilə bağlı Qlobal Sülh Sammiti keçirilib. Prezident Volodimir Zelenski bildirib ki, birinci tədbirə dəvət edilməyən Rusiya ikinci sammitdə iştirak etməlidir. Sammit üçün ilkin olaraq noyabr ayına planlaşdırılıb...

Poliqon-nun məlumatına görə, BBC-yə müsahibəsində dövlət başçısı bildirib ki, bütün dünya Moskvanı danışıqlar masası arxasına oturmağa və müharibəni dayandırmaq imkanlarını nəzərdən keçirməyə inandırmaq üçün ona təzyiq göstərməli olacaq.

"Bu o demək deyil ki, bütün ərazilər güc yolu ilə geri alınır. Düşünürəm ki, diplomatiyanın gücü kömək edə bilər. Ukraynadakı müharibə diplomatiya ilə bitə bilər", deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Rusiya döyüş meydanında nə qədər zəif olsa, Ukrayna da danışıqlar masası arxasında bir o qədər güclü olacaq.

"Hesab edirəm ki, Rusiyaya təzyiq edərək, diplomatik nizamlanma ilə razılaşmaq olar", deyə Zelenski əlavə edib.

Poliqon.info