Tramp: Əminəm ki, Kim Çen In mənim üçün darıxır...

Tramp bildirib ki, yenidən seçiləcəyi təqdirdə Kim Çen Inla əlaqələri bərpa etmək niyyətindədir...

Poliqon xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Miluoki şəhərində keçirilən qurultayında çıxışı zamanı bildirib ki, yenidən ABŞ prezidenti seçilərsə, Şimali Koreya lideri Kim Çen Inla münasibətləri bərpa etmək niyyətindədir.

“Əminəm ki, Kim Çen In mənim üçün darıxır”, deyə Tramp vurğulayıb.

Qeyd edək ki, dünən Tramp Respublikaçıların prezidentliyə namizədliyini rəsmən qəbul edib. Trampın Respublikaçıların Milli Qurultayındakı çıxışı onun sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışı olub.

Poliqon.info