Tramp bu gün Zelenskiyə zəng edəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski iyulun 19-na telefon danışığı planlaşdırıblar...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı iki mənbəyə istinadən məlumat yayıb.

Bu zəng onların Tramp Ağ Evi tərk etdikdən sonra ilk söhbəti olacaq. CNN Qeyd edir ki, bu telefon danışığı Avropada Trampın Ukrayna münaqişəsi ilə bağlı siyasətindən narahat olduğu və noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Kiyevə yardımı dayandıracağı ilə bağlı bir atmosferdə baş tutacaq.

Mənbələrin kanala verdiyi məlumata görə, iki siyasətçi arasında telefon danışığı üçün uyğun vaxt barədə müzakirələr uzun müddət davam edib. Onlardan biri xəbərdarlıq edib ki, tarix tez-tez dəyişir.

Xatırladaq ki, Tramp dəfələrlə bildirib ki, seçkilərdə qalib gəlsə, Ukraynadakı münaqişəni bir gündə həll edə bilər. Eyni zamanda, siyasətçi planının təfərrüatlarını açıqlamayıb.

İyulun 11-də ABŞ-ın keçmiş prezidenti ilə görüşən Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Tramp seçkidə qalib gələrsə, dərhal münaqişə tərəfləri arasında danışıqların aparılmasını tələb edəcək.

Poliqon.info