Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

İsrail Müdafiə Qüvvələrinin ilkin məlumatlarına görə, partlayışa hava zərbəsi səbəb olub...

Poliqon The Jerusalem Post qəzetinə istinadən Təl-Əvivdə partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. İsrail Müdafiə Qüvvələrinin ilkin məlumatlarına görə, partlayış havadan endirilən zərbə nəticəsində baş verib.

The Jerusalem Post yazır ki, partlayış Ben Yehuda və Şalom Aleyxem küçələrinin kəsişməsində, ABŞ konsulluğuna yaxın ərazidə baş verib.

Partlayış yerinin yaxınlığındakı mənzildə həyat əlamətləri olmayan kişi meyiti tapılıb. Yeddi nəfər yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. Partlayış yerinin yaxınlığında yaşayan sakinlər deyirlər ki, evlərindəki əşyalar dağılıb.

Təl-Əvivə hücumu Yəmən husiləri öz üzərlərinə götürüblər. Hərəkatın sözçüsü bildirib ki, qrup Təl-Əvivi hədəf alan hərbi əməliyyatın təfərrüatlarını açıqlayacaq.

Qeyd edib ki, iyulun əvvəlində Yəmən husiləri İsrailin Hayfa şəhərinə raket zərbələri endiriblər. Onların sözlərinə görə, əməliyyat İraq İslam Müqaviməti ilə birgə həyata keçirilib.

Poliqon.info