Vuçiç Zelenskiylə Londonda görüşüb

Serbiya prezidenti Aleksandr Vuçiç Londonda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb...

Poliqon xəbər verir ki, Aleksandr Vuçiç bu barədə öz Facebook səhifəsində məlumat verib. Vuçiç bildirib ki, söhbət zamanı o, Avropada sülhün bərpası üçün dialoqun vacibliyini vurğulayıb.

Serbiya prezidenti görüşü “əlamətdar” adlandırıb. Onun sözlərinə görə, onlar “Serbiya və Ukrayna, eləcə də bütövlükdə Avropa üçün vacib olan bütün çağırışları” müzakirə ediblər.

“Mən bütün qitəmizdə sülhün və sabitliyin bərpasının vacibliyini qeyd etdim və təkrar etdim ki, buna yalnız dialoq və siyasi həllər yolu ilə nail olmaq olar”, deyə Vuçiç yazıb.

Xatırladaq ki, Aleksandr Vuçiç dəfələrlə Ukraynada hərbi münaqişənin həllinin tərəfdarı olararq çıxış edib.

Poliqon.info