Tramp Gizli Xidmətin rəhbəri ilə görüşüb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Gizli Xidmətinin direktoru Kimberli Çitle görüşüb...

Poliqon xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, görüş iyulun 16-da Miluoki şəhərində siyasətçiyə məxsus oteldə baş tutub. Görüşlə bağlı əlavə heç bir təfərrüat verilməyib.

Telekanal qeyd edir ki, Məxfi Xidmət rəhbərinin Trampla bu görüşü siyasətçiyə sui-qəsd cəhdindən sonra baş tutan ilk görüşü olub

Xatırladaq ki, iyulun 13-də Pensilvaniyada seçki mitinqində Trampa qarşı sui-qəsd törədilib. Güllə onun sağ qulağına dəyib. Atəş açan şəxsin Məxfi Xidmət əməkdaşları tərəfindən güllələnərək öldürülən 22 yaşlı Tomas Metyu Kruks olduğu müəyyən edilib. FTB hələ də sui-qəsdin motivlərini bilmir.

Poliqon.info