İzmirdə meşə yanğını yaşayış məntəqələrinə çatıb

Türkiyənin İzmir şəhəri ətrafında böyük meşə yanğınları tüğyan edir...

Poliqon “A Haber” telekanalına istinadən xəbər verir ki, güclü külək nəticəsində yanğın yaşayış məntəqələrinə də çatıb. Yanğını söndürmə işlərinə təyyarələr və helikopterlər cəlb olunub.

Dünən, iyulun 18-də Qaziemir və Buca rayonlarında meşəlik ərazilərdə yanğınlar baş verib. Bunun fonunda İzmirin beynəlxalq hava limanında fasilələr yaranıb. Axşam saatlarında alov yaşayış məntəqələrinə çatıb. Həlak olanlar barədə hələlik məlumat yoxdur.

Yanğının söndürülməsinə 7 təyyarə, 16 helikopter, 35 yerüstü texnika, 11 su maşını və 4 buldozer cəlb olunub. Qaranlıq çökdüyündən yanğın bölgəsinə iki gecəgörmə helikopteri də gəlib.

Xatırladaq Türkiyədə hər il yay aylarında böyük meşə yanğınları baş verir. 2023-cü ildə yanğınlar bir neçə əyalətə təsir edib.

Poliqon.info