Stoltenberq: Tramp yenidən seçilərsə, NATO mövcud olmağa davam edəcək...

Alyansın baş katibi Yens Stoltenberq bildirib ki, Qərb ölkələri özlərinə NATO-nun Donald Trampın ikinci prezidentlik müddətində Qsağ qalmayacaqlarını” söyləməkdən əl çəkməlidirlər...

Poliqon xəbər verir ki, bu barədə Stoltenberq Britaniyanın The Guardian qəzetinə müsahibəsində danışıb.

NATO baş katibinin sözlərinə görə, Tramp və onun vitse-prezidentliyə namizədi Ceyms D.Vens təşkilatın özünü yox, ayrı-ayrı üzvlərini alyansın müdafiə ehtiyacları üçün kifayət qədər maliyyələşdirmədiyinə görə tənqid edir.

“Düşünürəm ki, ABŞ-da yeni administrasiyanın NATO-nun sonu demək olacağını düşünməkdən çəkinmək vacibdir. 2016-cı ildə də bununla bağlı narahatlıqlar var idi. Reallıq budur ki, NATO dörd il ərzində daha da güclənib, daha çox qoşun toplanıb, hərbiçilərin döyüş hazırlığı artıb”, deyə Stoltenberq bildirib.

Qeyd edək ki, ötən həftə Stoltenberq bildirib ki, onun fikrincə, ölkə prezidentinin kim olmasından asılı olmayaraq, ABŞ NATO müttəfiqi olaraq qalacaq.

Poliqon.info