Kim Çen In: KXDR və Rusiya orduları sülhün qorunmasında mühüm rol oynayır

Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Şimali Koreyaya səfər edib.

Poliqon xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In hərbçilərlə görüşüb. Bu barədə “Koreyanın səsi” yerli dövlət radiostansiyası məlumat yayıb.

Görüş Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin qərargahında baş tutub. Nümayəndə heyətinin rəhbəri Kim Çen Inı “əziz yoldaş” adlandırdığı Rusiya Prezidenti Vladimir Putinin “isti salamlar” yollayıb.

Tərəflər həmçinin “qarşılıqlı təhlükəsizliyin qorunması üçün iki ölkə arasında hərbi sahədə əməkdaşlığın vacibliyini və zəruriliyini” təsdiqləyiblər.

Kim Çen In bildirib ki, Rusiya ordusu və xalqı “ölkənin suveren hüquqlarını və təhlükəsizliyini qorumaq üçün ədalət uğrunda səlib yürüşünə çıxıb. O, Ukraynadakı hərbi əməliyyatlara cavab olaraq KXDR hökuməti və xalqı tərəfindən Rusiyaya “sarsılmaz və qəti dəstəyini” ifadə edib.

Şimali Koreya lideri həmçinin iki ölkənin ordularının “daha da birləşəcəyini” və “qlobal sülhün qorunmasında mühüm rol oynayacağını” qeyd edib.

Poliqon.info