Bayden Pentaqonun rəhbərinin adını unudaraq, onu sadəcə "qaradərili kişi" adlandırıb - Video 

ABŞ Prezidenti Co Bayden müdafiə naziri Lloyd Ostinin adını və soyadını xatırlaya bilməyib və onu "qaradərili kişi" adlandırıb...    

Oxu.Az xəbər verir ki, Bayden bunu ilk növbədə afro-amerikalı tamaşaçılar üçün yayımlanan "BET" telekanalına müsahibəsində deyib.

"O qaradərili adamı Müdafiə Naziri təyin etdiyim üçün üzləşdiyim tənqidlərə baxın… Təyin etdiyim adama görə tənqidi nəzərdə tuturam", - deyə ABŞ lideri söyləyib.

Bayden Ostinin adını və soyadını xatırlaya bilmədikdən sonra Ali Məhkəmənin hakimi Ketanci Braun Ceksonun da adını çəkib. Baydenin Braunun Pentaqonun rəhbəri olduğuna qərar verməsi və ya yüksəkrütbəli afro-amerikalıları sadalayarkən onun adını çəkməsi müzakirələrə səbəb olub.

Baydenin son çaşqınlığını əks etdirən video respublikaçıların tərəfdarı olan "X" seqmentində geniş yayımlanıb. Mühafizəkar "TheBlaze" portalı Baydenin tamamilə bitdiyini yazıb. Videonu yayan ABŞ-nin keçmiş prezidenti Donald Trampın komandası ilə əlaqəli "RNC Research" hesabı qısa müddət ərzində Baydenin sözlərinə "başgicəllənmə" emojisi ilə cavab verib. "X"də respublikaçıların tərəfdarları və mühafizəkar şərhçilər insanları dərisinin rənginə görə seçməyin son dərəcə təhqiramiz olduğunu bildiriblər və Baydenin tamamilə pis vəziyyətdə olduğunu qeyd ediblər.

Poliqon.info