Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı İmanov Vasif Həsən oğlunun vəzifəsindən azad ediləcəyi bildirilir...

Pravda.az-a verilən məlumatda qeyd olunub ki, V.İmanovun fəaliyyəti qənaətbəxş hesab olunmur.

İddia olunur ki, icra başçısı vəzifəsinə deputatlardan biri təyin olunacaq. Milli Məclisin VI çağırış üzvü Ülvi Quliyevin bu vəzifəyə təyin olunacağı istisna edilmir.

Qeyd: V.İmanov "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qudasıdır. O, əvvəllər ARDNŞ-də Sosial İnkişaf İdarəsinin rəis müavini işləyib, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin kadrı kimi tanınır. Mətbuatda icra başçısının şirkətinin, xaricdə və ölkədə dəyəri milyonlarla ölçülən əmlaklarının olduğu barədə məlumatlar yer alıb, bu faktlar təkzib olunmayıb. Oğlunun sərxoş vəziyyətdə qəza törətməsi ilə gündəmə gələn qalmaqallı icra başçısının bir müddət əvvəl qaziyə "süpürgəçilik işi" təklif etməsi də ciddi narazılığa səbəb olmuşdu. 

Poliqon.info