Toivo Klaardan fərqli olaraq Maqdalena Cənubi Qafqazda Qrono obyektiv və balanslı fəaliyyət göstərə biləcək?

Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə Maqdalena Qrononun namizədliyini təsdiqləyib...

Politoloq: “Hesab edirəm ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsinin dəyişməsi heç nəyi dəyişməyəcək”.

“Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Ermənistana gedir bir mövqe sərgiləyir, Azərbaycan gəlir başqa mövqe sərgiləyirlər. Yəni onlar ikili standartlardan çıxış edirlər”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsinin dəyişməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə Maqdalena Qrononun namizədliyini təsdiqləyib. O, bu vəzifədə Toivo Klaarı əvəz edəcək.

Bildiyimiz kimi, Toivo Klaar da digər avropalı rəsmilər kimi daha çox ermənipərəst mövqedən çıxış edirdi. Bu baxımdan Maqdalena Qrononun obyektiv və balanslı fəaliyyət göstrəməsinə ümid etmək olar?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar və digərləri hər hansı bir prosesə müsbət istiqamətdə töhvə verə bilmədilər”.

Azərbaycanla Ermənistan arasında nə sülh müqaviləsinin, nə də çərçivə sülh sazişinin olmadığını xatırladan politoloq Poliqon-a bildirib ki, belə olan halda da xüsusi nümayəndələr yenə də gəlib aranı qarışdırmaqla məşğul olacaqlar:

“Hesab edirəm ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsinin dəyişməsi heç nəyi dəyişməyəcək. Ümumiyyətlə, Azərbaycan tərəfi belə məsələlərə manipulyativ fəaliyyətlər kimi baxmalıdır. Çünki Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar və digərləri hər hansı bir prosesə müsbət istiqamətdə töhvə verə bilmədilər.

Azərbaycan Ermənistanla ikitərəfli danışıqlar aparmalıdır. Azərbaycanın öz siyasi gündəmi var. Rəsmi Bakı Avropa ölkələri ilə birbaşa təmaslar qurur, strateji tərəfdaşlıq müqavilələri bağlayır.

Məhəmməd Əsədullazadə: “Onlar Avropaya gedib, orada erməni lobbisindən təlimatlar alıb, gəlib regionda ermənipərəst mövqe sərgiləyəcəklər”.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Ermənistana gedir bir mövqe sərgiləyir, Azərbaycan gəlir başqa mövqe sərgiləyirlər. Yəni onlar ikili standartlardan çıxış edirlər. Düşünürəm ki, Maqdalena Qrononun da fəaliyyətində xüsusi heç nə olmayacaq.

Azərbaycanla Ermənistan arasında nə sülh müqaviləsi, nə də çərçivə sülh sazişi var. Belə olan halda da xüsusi nümayəndələr yenə də gəlib aranı qarışdırmaqla məşğul olacaqlar. Onlar Avropaya gedib, orada erməni lobbisindən təlimatlar alıb, gəlib regionda ermənipərəst mövqe sərgiləyəcəklər”.

Nərminə UMUDLU Poliqon.info