Təlim-məşq toplanışını başa vuran "Qarabağ" Bakıya qayıdıb

"Qarabağ" Avstriyada təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə dönüb...

Ağdam təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 5-dən 17-dək Tirol bölgəsində hazırlıq keçən Qurban Qurbanovun yetirmələri bu gün səhər saatlarında Bakıya qayıdıb.

"Köhlən atlar" yeni mövsümə hazırlıq prosesində dörd yoxlama oyunu keçirib. Almaniyanın “Kayzerslautern” (1:3), Çexiyanın“Viktoriya” (Plzen, 2:1), Xorvatiyanın “Slaven” (1:0) və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab” (5:2) klubları ilə görüşən “Qarabağ” üç qələbə qazanıb və bir məğlubiyyət alıb.

Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”a (Cəbəllütariq) qarşı keçircəyi matçlara hazırlığı Bakıda davam etdirəcək. Rəqiblə ilə ilk görüş iyulun 23-də səfərdə, cavab qarşılaşması 30-da Bakıda keçiriləcək.

Poliqon.info