Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

Sabunçu rayonunun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Qurbanov Aydın Əsədulla oğlu dəfn edilib...

“Report” xəbər verir ki, şəhidlə Sabunçu rayonun Maştağa qəsəbəsində ailə üzvlərinə məxsus evdə vida mərasimi keçirilib.

Daha sonra onun nəşinin qalıqları Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

***

Sabunçu rayonunun Maştağa qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Qurbanov Aydın Əsədulla oğlu ilə vida mərasimi keçirilib.

“Report” xəbər verir ki, şəhidin ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimində onun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimi başa çatdıqdan sonra şəhid Qurbanov Aydın Əsədulla oğlu Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, o, 12 yanvar 1967-ci ildə anadan olub. Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayıb. Şəhid A.Qurbanov 18 aprel 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndində itkin düşüb.

Poliqon.info