İtaliyanın baş nazirini təhqir edən jurnalist cərimələnib

İtaliya məhkəməsi 36 yaşlı jurnalist Culia Kortesini sosial şəbəkədə ölkənin baş naziri Corcia Meloni haqqında təhqiramiz yazılar dərc etdiyinə görə cərimələyib...

Poliqon xəbər verir ki, bu barədə Stampa qəzeti məlumat yayıb.

2021-ci ilin oktyabrında, Meloni hələ hökumətin başçısı olmadıqda Kortesi diktator Benito Mussolininin portreti ilə onun saxta fotoşəkilini dərc edib. Meloni sosial şəbəkələrdə fotonun həqiqiliyini inkar edib və Kortesini hüquqi addımlarla hədələyib. Buna cavab olaraq jurnalist daha iki təhqiredici yazı yazıb.

Bu yaxınlarda Milan məhkəməsi Kortesini günahkar bilib və onu baş nazirə 5 min avro məbləğində təzminat ödəməyə məcbur edib. Bundan əlavə, jurnalist 1200 avro cərimə və məhkəmə xərcləri üçün 3500 avro ödəməyə borcludur. 

Maraqlıdır ki, jurnalist Mussolininin portreti fonunda Melonun fotosunu dərc etdiyi üçün bəraət qazanıb. Məhkəmə hesab edib ki, bu işdə cinayət tərkibi yoxdur.

Hökmdən sonra Meloni təzminantı xeyriyyə fonduna bağışlamaq niyyətində olduğunu bildirib.

Poliqon.info