Rusiya ilə Çin arasında ödənişlər demək olar ki, qeyri-mümkün olub

Rusiya şirkətləri ABŞ-ın iyun ayında tətbiq etdiyi yeni sanksiyalara görə Çinlə ödənişləri yerinə yetirməkdə getdikcə daha çox problemlərlə üzləşir...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyi Rusiya və Çin arasında ödənişlərin həyata keçirilməsində problemlərdən yazıb. Agentlik qeyd edir ki, belə əməliyyatlar ya dondurulur, ya da uzun müddət gecikdirilir. Bloomberg bu barədə Rusiyadan olan iri ixracatçıların sorğuda iştirak edən top-menecerlərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Çindən Rusiyaya hətta yuanla da birbaşa ödənişlər etmək demək olar ki, mümkün deyil. Həmçinin iyul ayında Rusiyanın kənd təsərrüfatı məhsullarının bir sıra çinli alıcıları ödənişlərlə bağlı problemlərlə üzləşiblər.

Agentliyin həmsöhbətləri bildiriblər ki, alternativ ödəniş üsulları, o cümlədən kriptovalyutalardan və ya “pad ölkələr”dən istifadə etmək getdikcə çətinləşir.

Bloomberg-in məlumatına görə, ticarətdə çətinliklər ABŞ-ın yeni sanksiyaların, o cümlədən xarici şirkətlərə qarşı tətbiq edilməsi zərurətini müəyyən etmək üçün meyarları genişləndirməsi ilə bağlı olub. Xüsusilə, Rusiyanın hərbi-sənaye bazasına qarşı sanksiyar artırılıb.

Agentlik bu tədbirlərin Rusiya iqtisadiyyatına yavaş-yavaş təsir göstərdiyinin artıq nəzərə çarpdığını qeyd edərək, bu tədbirləri “əcaib tədbirlər” kimi səciyyələndirir. Bloomberg yazır ki, 2023-cü ilin sonundan etibarən Rusiya Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Hindistanla ödənişlər etməkdə də çətinliklərlə üzləşib.

Poliqon.info