Argentina prezidenti İranı “terrorçu dövlət” adlandırıb

Argentina prezidenti Xavyer Miley İranı terror dövləti adlandırıb və bildirib ki, onun hökuməti Buenos Ayresin 1994-cü ildə yəhudi mədəniyyət mərkəzinə törədilmiş terror aktında əli olduğuna inandığı İran rəsmilərinin mühakimə olunmasını istəyəcək...

Poliqon xəbər verir ki, Miley bu barədə Buanes Ayresdə yəhudi mədəniyyət mərkəzinə törədilmiş terror aktının 30 illiyi münasibəti ilə keçirilən anım tədbirində bildirib.

“Vəziyyət, İranın terror dövlətinin oynadığı rolun ört-basdır edilməsi, bəşəriyyətə qarşı cinayətləri ört-basdır etmək üçün şahidlərə rüşvət vermənin ağırlığını ortaya qoyur və törədilmiş cinayətlərin ağırlığına uyğun cəza tələb edir”, deyə Miley deyib.

Miley qeydd edib ki, onun hökuməti xüsusilə ciddi işlərdə, o cümlədən terror fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı işlərdə qiyabi mühakimə olunmasına imkan verən qanun layihəsi hazırlayıb.

“Bu qanun hücumda iştirak edən İran rejimi rəsmilərinin mühakimə olunmasına imkan verəcək” deyən Argentina prezidenti hökmün yəqin ki, icra olunmayacağını etiraf edib.

Poliqon.info