Ukraynalı nüvə fiziki ruslar üçün pilotsuz təyyarələr hazırlayır

Rusiya ordusu üçün pilotsuz təyyarələr əslən ukraynalı nüvə fiziki Aleksandr Maxnev tərəfindən hazırlanır...

Poliqon xəbər verir ki, bu barədə "Vajnıe İstorii" layihəsi məlumat yayıb. Portalın yazdığına görə, Aleksandr Maxnev Kiyev Politexnik İnstitutunun məzunudur və hazırda "KB Stratim" şirkətində baş dizayner vəzifəsində çalışır.

Maxnev hazırda Rusiyadan olan komandanın tərkibində Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) layihələrindən biri üzərində işləyir.

Aleksandr Maxnev ən azı 2014-cü ilə qədər Luqanskda yaşayıb, sonra Kiyevə köçüb. 2015-ci ildə KPİ-da "Radioelektron cihazlar" proqramına daxil olub. 2015-ci ildə Maxnev internetdə ukraynalı alim Mixailo Zgurovskinin və Ukraynanın ikinci prezidenti Leonid Kuçmanın əlindən aldığı mükafatlarla öyünüb.

Daha sonra Moskva Fizika və Texnologiya İnstitutunda (MIPT) magistratura təhsilini davam etdirib. Bundan sonra Maxnev Fyodor Huberin rəhbərliyi ilə Troitskdəki Nüvə Tədqiqatları İnstitutunda işləməyə başlayıb. Sonuncu İsveçrədəki CERN obyektlərində və Darmstadt yaxınlığındakı hissəcik sürətləndiricisində bir sıra beynəlxalq təcrübələrdə iştirak edib.

2022-ci ilin aprelində Maxnev ilk dəfə CERN Cenevrə eksperimentində Rusiya komandasının tərkibində məqalənin həmmüəllifi olub. Bir neçə ay sonra o, "KB Stratim"ə qoşulub.

"Maxnevin pilotsuz təyyarə həvəskarlarının söhbət otaqlarından birindəki mesajlarına əsasən, büronun mühəndisləri 2022-ci ilin noyabrına qədər PUA-nın ilk prototiplərini hazırlayıblar. Lakin "Stratim"in seriya istehsalına 2023-cü ilin yazında başlanılıb", deyə jurnalistlər yazıb.

Poliqon.info