Beyləqanda silahlı insident olub - Yenilənib

Beyləqan rayonunda silahlı insident olub...

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Samir Axundov saxlanılıb. Hadisəni törədərkən istifadə etdiyi qundağı və lüləyi kəsilmiş odlu silah polis əməkdaşları tərəfindən müəyyən edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.

***

Hadisə rayonun Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, 1981-ci il təvəllüdlü Yusif Cuvarlını güllələyib.

Yaralı xəstəxanaya yerləşdirilib. Samir Axundov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.(report)

Poliqon.info