Macarıstan XİN ABŞ seçkilərini Ukrayna üçün dönüş nöqtəsi adlandırıb

Macarıstanın xarici işlər naziri Siyyarto: ABŞ seçkiləri Ukrayna üçün dönüş nöqtəsi olacaq...

Poliqon xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyyarto “RİA Novosti” Agentliyinə müsahibəsində ABŞ seçkilərinin Ukraynadakı münaqişənin həlli üçün dönüş nöqtəsi olacağını bildirib.

Siyyartonun fikrincə, Donald Trampın mümkün qələbəsi sülh danışıqlarını yaxınlaşdıracaq, çünki ABŞ-ın mövqeyi dəyişəcək. Nazir qeyd edib ki, respublikaçı namizəd qalib gəlsə, danışıqlar hətta bu il də aparıla bilər.

Həmçinin müsahibə zamanı Siyyarto bildirib ki, Macarıstan Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar üçün vasitəçilik etməyə və öz ərazisində istənilən yeri verməyə hazırdır.

Poliqon.info