Trampa atəş açan şəxs sui-qəsd cəhdindən bir saat əvvəl televiziyada göstərilib

Amerikanın WTAE telekanalı sui-qəsd cəhdindən bir saat əvvəl Trampa atəş açan şəxsin görüntülərini yayıb...

ABŞ prezidentliyinə namizəd Donald Trampı güllələyən Tomas Metyu Kruksun sui-qəsd cəhdindən bir saat əvvəl mitinq iştirakçısıları arasında görüntüləri çəkilib.

Poliqon xəbər verir ki, görüntüləri WTAE telekanalı tərəfindən yayımlanıb.

Kadrlarda bir kişinin mühafizə olunan perimetr hasarının arxasındakı ərazidə tamaşaçılardan uzaqda gəzdiyi görünür.

Qeyd edək ki, iyulun 13-də respublikaçı prezidentliyə namizəd, sabiq prezident Donald Trampa sui=qəsd cəhdi edilib. Güllə Trampın qulağına dəyib. Sui-qəsdçi hadisə yerində öldürülüb.

Poliqon.info