ABŞ prezidenti İlon Maskdan “bezdiyini” bəyan edib...

Co Bayden Maskı və onun “zəngin dostlarını” tənqid atəşinə tutub...

ABŞ prezidenti Co Bayden milyarderin və onun “dostlarının” “seçkiləri satın almaq” istəyinə işarə edərək, daha əvvəl onu tənqid edən iş adamı İlon Maskı sərt tənqid edib.

Poliqon xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Maska məxsus X sosial şəbəkəsindəki şəxsi hesabında yazıb.

“Mən İlon Mask və onun zəngin yaxınlarının seçkiləri satın almağa çalışmasından bezmişəm”, deyə Bayden postunda yazıb.

ABŞ prezidenti həmçinin postunda Demokratlara ianələr yollamaq üçün vebsayta keçid əlavə edib. Link onun rəqibi Respublikaçı Donald Trampın, eləcə də Maskın özünün fotosu və eks-prezidenti məğlub etmək çağırışı ilə müşayiət olunur.

Qeyd edək ki, Mask dəfələrlə Baydenin dövlət başçısı kimi fəaliyyət göstərə bilməsi ilə bağlı ictimai şübhələrini ifadə edib.

Poliqon.info