Kim Çen In Şimali Koreyada turizmi inkişaf etdirməyə çağırıb

Şimali Koreya turizm təkliflərini genişləndirməli və ümumilikdə milli iqtisadiyyatın bu sektorunu inkişaf etdirməlidir...

Poliqon xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi məlumatına əsasən bu fikri KXDR-in dövlət işləri üzrə sədri Kim Çen In deyib. Kim Çen In bu barədə tikilməkdə olan Vonsan-Kalma sahil turizm zonasına səfəri zamanı danışılıb.

Agentlik xatırladır ki, Kim Çen In KXDR xalqı üçün “ən sivil və xoşbəxt həyat yaratmaq üçün həmişə yaradıcı düşüncəni və müqəddəs fədakarlığını davam etdirir”.

Qeyd edək ki, rusiyalı məktəblilərdən ibarət ilk qrup bu yay Şimali Koreya düşərgəsində istirahət edəcək.

Poliqon.info