Müdafiə naziri: İsrail ordusu hər an Livana hücum etməyə hazırdır...

İsrailin müdafiə naziri Yoav Qalant deyib ki, İsrail ordusu hər an Livana hücuma keçə bilər...

Poliqon “The Times of Israel” qəzetinə ustinadən xəbər verir ki, Qalant bu barədə “Oded” briqadasının ehtiyatda olan əsgərləri qarşısında çıxış edərkən danışıb.

Nazirin sözlərinə görə, İsrail “qərar vermə yollarının kəsişməsinə” yaxınlaşır, lakin hər şey Livan “Hizbullah” hərəkatının hərəkətlərindən asılıdır.

“Biz şimal bölgəsində məhdud müharibə aparırıq. Biz İDF qüvvələrinin kiçik bir hissəsindən istifadə edirik, lakin cənubdakı əsas hücumdan şimaldakı əsas hücuma qədər hər şey bir saniyə ərzində dəyişə bilər və bu dəyişim sürətli, gözlənilməz və çox kəskin olacaq ki, bu da hər an baş verə bilər. Hər şey “Hizbullah”ın hərəkətlərindən asılıdır”, deyə Qalant bildirib.

Eyni zamanda Yoav Qalant İsrailin “Hizbullah”la danışıqlara hazır olduğunu da vurğulayıb.

“Əgər “Hizbullah” İsraillə dialoqa başlamaq istəsə və biz onların BMT-nin qətnaməsində nəzərdə tutulduğu kimi sərhəd xəttindən Litani çayının o tayındakı ərazilərə keçməsi vəziyyətinə nail olsaq, o zaman onlarla razılaşacağıq”, deyə nazir əlavə edib.

Poliqon.info