Erməni “qanuni oğru“ həbsdə qaldı

Moskvanın Presnensk məhkəməsi qeyri qanuni narkotik alverində şübhəli bilinən "qanuni oğru" Yuri Usoyanı həbsdə saxlayıb.
Kriminal avtoritet 2013-cü ildə qətlə yetirilən Aslan Usoyanın (Ded Xasan) bacısı oğludur.Rusiyanın cinayətkar dünyasının lideri Ded Xasanın varisi sayılan Yuri oktyabrın 7-də Moskva mərkəzində oğru yığıncağında saxlananlar arasında olub. Yoxlama zamanı onun cibində narkotik vasitə 3,5 qram amfetamin tapılıb.Presnenski məhkəməsi "narkotik vasitələrin qanunsuz saxlama" maddəsi ilə cinayət işi açilan Usoyana iki aylıq həbs imkan tədbiri seçmişdi.Bu gün isə onun vəkillərinin apelasiya iddiası geri qaytarılaraq onun həbsdə qalması qərara alınıb. (ans press)