Olimpiadada iştirak edəcək Azərbaycan idmançılarına xüsusi idman formaları təqdim olunub

Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarına xüsusi dizaynla hazırlanmış vahid idman formaları təqdim olunub...

"Report" xəbər verir ki, təqdimat mərasimi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Gimnastika Arenasında baş tutub.

Formalar ağ, mavi, çəhrayı və yaşıl rəngləri özündə əks etdirir.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 idman növü üzrə 17 proqramda Azərbaycanı təmsil edəcək.

##galery##

Poliqon.info