Avroparlament Aİ-ni Rusiya və Belarusa qarşı sanksiyaları genişləndirməyə çağırıb

Yeni seçilən Avropa Parlamenti Ukraynaya dəstəyini təsdiqləyib...

"Report" xəbər verir ki, Avroparlamentin Rusiya-Ukrayna müharibəsi ilə bağlı ilk rəsmi mövqeyini ifadə edən qətnamədə Avropa İttifaqının Kiyevi qələbəyə qədər dəstəkləməyə davam etməli olduğu fikri müdafiə edilib.

Sənəddə Parlamentin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyi təkrarlanıb.

Parlament Aİ-ni Rusiya və Belarusa qarşı sanksiya siyasətini davam etdirməyə və genişləndirməyə, onun effektivliyini və təsirini izləməyə və nəzərdən keçirməyə, həmçinin Aİ-də yerləşən şirkətlər, üçüncü tərəflər və üçüncü ölkələrin sanksiyalardan yayınma məsələsini sistemli şəkildə həll etməyə çağırıb.

Avropalı deputatlar Aİ və üzv ölkələri lazım olduğu qədər və istənilən formada Ukraynaya hərbi dəstəyi artırmağa çağırıblar. Onlar həmçinin Avropa Komissiyasını yeni yaradılmış Ukrayna Mexanizminin təcrübəsinə əsaslanaraq Ukraynanın yenidən qurulması üçün uzunmüddətli maliyyə yardımı təklif etməyə çağırıblar.

Poliqon.info