Paşinyan İlham Əliyevdən konstitutsiya dəyişikliyi ilə bağlı vaxt istəyib... - İddia, yoxsa?..

İddiaya görə, Ermənistanın baş naziri konstitutsiya dəyişikliyi ilə bağlı Azərbaycan Prezidentindən vaxt istəyib...

Politoloq: “Nəzərə almaq lazımdır ki, “Hrapark” qəzeti Moskvada maliyyələşən bir qəzetdir və bu barədə iddiaların hansı məqsədə xidmət etdiyini bilmək olur”.

“Azərbaycanın bu mövzudakı mövqeyi birmənalı və dəyişməzdir. Rəsmi Bakı İrəvandan ən qısa zamanda konkret konstitutsiyanın dəyişilməsini və sülh üçün bunun mütləq şərt olduğunu bildirir”.

Bu sözləri politoloq Turan Rzayev Ermənistanın baş nazirinin konstitutsiya dəyişikliyi ilə bağlı Azərbaycan Prezidentindən vaxt istəməsi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın “Hrapark” qəzetində yayımlanan iddiaya görə, guya baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə vəd verib ki, o, Ermənistanda 2026-cı il parlament seçkilərindən sonra Konstitusiyanı dəyişdirəcək. Başqa sözlə Ermənistanın baş naziri Azərbaycan Prezidentindən vaxt istəyib.

Belə bir vədin verilməsi nə qədər inandırıcı görünür və Üçtərəfli Bəyanatda imzaladığı öhdəliklərdən imtina edən Paşinyanın bu vədinə inanmaq olarmı?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Ermənistan tərəfi maneəsiz hərəkət prinsipi 10 Noyabr Bəyannaməsində göstərilən məsələyə dair nəsə edərsə, haradasa bəlkə də bu təklifi də dəyərləndirmək olar. Ən azı ehtimad mühitinin güclənməsi üçün Ermənistan tərəfi nəsə etməlidir”.

Azərbaycan tərəfinin bununla bağlı rəsmi bir məlumat vermədiyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bütün hallarda bu təklifin qəbulu riskli bir variantdır:

“Bu sadəcə bir iddiadır. “Hrapark” qəzeti bu iddialarla tez-tez çıxış edir və bir çox hallarda iddiaların əsası olmur. Nəzərə almaq lazımdır ki, “Hrapark” qəzeti Moskvada maliyyələşən bir qəzetdir və bu barədə iddiaların hansı məqsədə söykəndiyini bilmək olur. Amma buna baxmayaraq, iddia diqqət çəkir. Xüsusilə Nikol Paşinyanın 2026-cı il Parlament seçkilərinə qədər vaxt istəməsi məsələsi diqqət çəkir.

Aydın məsələdir ki, Azərbaycanın bu mövzudakı mövqeyi birmənalı və dəyişməzdir. Rəsmi Bakı İrəvandan ən qısa zamanda konkret konstitutsiyanın dəyişilməsini və sülh üçün bunun mütləq şərt olduğunu bildirir. Yəni 2026-cı ilə 2 il var. Bu da kifayət qədər uzun bir müddətdir. Bu illər ərzində çox işlər baş verə bilər və nəzərə almaq lazımdır ki, Nikol Paşinyan bundan öncə də sözlər verib. Ancaq Paşinyan o sözləri yerinə yetirməyib. Bu mənada idsia edilən vaxtı gözləmək o qədər də doğru olmaz.

Təbii ki, Azərbaycan tərəfi bununla bağlı rəsmi bir məlumat verməyib. Amma bütün hallarda bu təklifin qəbulu riskli bir variantdır. Mən bunun bir iddia olduğunu düşünürəm. Yəni konkret belə bir işin olub olmadığı hələlik bəlli deyil. Azərbaycan kifayət qədər məsələyə konstruktiv yanaşır və proseslərin həllində şəffaflıq göstərir. Amma bu hansısa vədlərlə xarakterizə edilə bilməz.

Turan Rzayev: “Ortada bir inamsızlıq mühiti var və rəsmi Bakının İrəvana etimad etməsi üçün qarşı tərəf heç nə etməyib. Buna görə də, məncə təklifin qəbulu indiki məqamda real deyil”.

Bizim hal- hazırda preraritet məsələlərimiz var. Prinsip etibarilə, ilkin sülh müqaviləsinin imzalanmaması üçün xüsusi bir səbəb də yoxdur. Yəni sülh imzalana bilər. Amma bu Ermənistanın özündən aslıdır. Ermənistan bu tip vaxt uzatmaları əvvəllər də edib və bizim Ermənistana güvənmək üçün bir səbəbimiz yoxdur. Ermənistanın belə bir niyyətdə olubsa, bunun pərdə arxasında bir hansısa səbəb olmalıdır, nəyəsə ehtimad mühiti yaranmalıdır.

Belə deyə bilərik ki, Ermənistan tərəfi maneəsiz hərəkət prinsipi 10 Noyabr Bəyannaməsində göstərilən məsələyə dair nəsə edərsə, haradasa bəlkə də bu təklifi də dəyərləndirmək olar. Ən azı ehtimad mühitinin güclənməsi üçün Ermənistan tərəfi nəsə etməlidir. Amma ortada bir inamsızlıq mühiti var və rəsmi Bakının İrəvana etimad göstərməsi üçün qarşı tərəf heçnə etməyib. Buna görə də, məncə təklifin qəbulu indiki məqamda real deyil”.

Nərminə UMUDLU Poliqon.info