Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 2024-cü ilin altı ayı ərzində korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalayıb...

Poliqon xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, göstərilən müddət ərzində Baş İdarənin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanıb:

“Keçirilmiş 28 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 4 nəfər saxlanılıb”.

Poliqon.info