YAP-ın siyahısında onların adı yoxdur – KİV

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib...

Yeniavaz.com xəbər verir ki, yerli mətbuat orqanları iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı YAP-ın namizədlərinin müəyyənləşdiyini yazır.

“Qafqazinfo” namizədliyi irəli sürülməyən YAP üzvlərindən bəzilərinin adlarını əldə edib.

Bildirilir ki, onların arasında Vasif Talıbov, İsa Həbibbəyli və Səttar Möhbalıyev də var.

Qeyd edək ki, bu gün ərzində YAP-ın siyahısının açıqlanacağı gözlənilir.

Poliqon.info