Neftçalada ekoloji problemlərin həlli üçün layihəyə start verilib - Fotolar

“Ekoloji Maarifçiliyə Yardım” ictimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən aldığı “Neftçalanın neft-mədən ərazilərinə yaxın yaşayış yerlərində ekoloji vəziyyətin yaxşılaşdırılması” layihəsinin icrasına başlayıb.

Poliqon xəbər verir ki, Agentliyin kiçik qrant müsabiqəsi çərçivəsində verdiyi layihədə əsas hədəf mədən ətrafı yaşayış yerlərində mövcud ekoloji durumun yaxşılaşdırılmasında yerli sakinlərin fəallığının yüksəldilməsi, problemlərin azaldılması və durdurulmasına nail olmaqdır.

İctimai Birlik bu məqsədlə bu gnlərdə rayonun Həsənabad qəsəbəsində və Yeniqışlaq kəndində sakinlərin bir qismi ilə görüşlər keçirib və ərazilərdəki mövcud ekoloji vəziyyət müzakirə olunub.

Görüşlərdə əsasən bəlli ekoloji fəllar, mütəxəssis və mədən sənayesində çalışmış şəxslər və gəncliyin nümayəndələri faydalı təkliflər səsləndiriblər. Göstərilən nöqsanlr və verilən təkliflər layihə rəhbərliyi tərəfindən qeydə alınıb.

“Ekoloji Maarifçiliyə Yardım” ictimai Birliyindən bildiriblər ki, maarifləndirmə tədbirləri və monitorinqlər zamanı sakinlərin təkliflərindən istifadə olunması nəzərdə tutulur.

Poliqon.info