Metyu Millerin şifrəli mesajı... - Azərbaycan Ermənistana hansı məsələdə böyük güzəştə gedə bilər?..

ABŞ Dövlət Departamentinin sözçüsü brifinqdə deyib ki, Vaşinqtonda keçirilən son danışıqlar zamanı tərəflər irəliləyiş əldə ediblər və əlavə edib ki, tərəflərdən sülh üçün böyük güzəştlər tələb olunur...

Politoloq: “Hər dəfə istər Qərb ölkələrinin liderləri, istər ABŞ rəhbərliyi və yaxud Rusiya prezidenti Putin dəfələrlə Metyu Millerin dünənki sözlərinə bənzər idadələr işlədiblər. Lakin daha sonra bu proses sürətini azaldaraq yeni münaqişələrə, atəşkəsin pozulmasına səbəb olub”.

““Zəngəzur dəhlizi” məsələsi də sülh sazişinin gündəmi olmalıdır. Çünki Ermənistan bundan öncə 9 noyabr bəyannaməsində Azərbaycanın Naxçıvan MR ilə quru sərhədlərini birləşdirəcək dəhlizin açılmasına razılıq versə də, daha sonra bu maddənin tələblərini təhrif edərək boyun qaçırmağa çalışdı”.

Bu sözləri politoloq Kamran Məmmədli ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycan və Ermənistan sülhü ilə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına xidmət edən danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu bəyan edib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib ki, Vaşinqtonda keçirilən son danışıqlar zamanı tərəflər irəliləyiş əldə ediblər və Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, tərəflərdən sülh üçün böyük güzəştlər tələb olunur.

Bəs, Ermənistan sülh üçün Azərbaycandan hansı güzəştləri tələb edə bilər və Metyu Millerin şifrəli mesajı “Zəngəzur dəhlizi” ilə əlaqəli ola bilərmi?

ABŞ Dövlət Departamentinin sözçüsünün şifrəli mesajlarını Poliqon-un əməkdaşı politoloq Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Hesab etmirəm ki, yaxın zamanda hansısa sülh müqaviləsi imzalansın”.

Ermənistanın gərək özünü sazişlərə və öhdəliklərə əməl edən edən tərəf kimi sübut etməli olduğunu qeyd edən politoloqPoliqon-a açqıalamsında qeyd edib ki, öncəliklə Ermənistan özünü sazişlərə və öhdəliklərə əməl edən edən tərəf kimi sübut etməlidir:

“Azərbaycan və Ermənistan arasında hazırda müzakirəsi gedən sülh danışıqları artıq bir neçə ildi ki davam edir. Hər dəfə istər Qərb ölkələrinin liderləri, istər ABŞ rəhbərliyi və yaxud Rusiya prezidenti Putin dəfələrlə Metyu Millerin dünənki sözlərinə bənzər idadələr işlədiblər. Lakin daha sonra bu proses sürətini azaldaraq yeni münaqişələrə, atəşkəsin pozulmasına səbəb olub.

Bu baxımdan mən hesab etmirəm ki, yaxın zamanda hansısa sülh müqaviləsi imzalansın. Əksinə bu müqavilənin imzalanmasına hələ zaman var. Çünki ölkə başçısı cənab Əliyev bununla bağlı danışarkən dəfələrlə bildirib ki, Azərbaycan sülh müqaviləsinə Ermənistan Konstitusiyasında və digər normativ hüquqi aktlarda yer alan ərazi iddialarından vaz keçərsə razı olacaq. Bu tələb yerinə yetirilməyincə Azərbaycan hər hansı sənədə imza atılmayacaq.

Eyni zamanda əlbətdə ki, “Zəngəzur dəhlizi” məsələsi də sülh sazişinin gündəmi olmalıdır. Çünki Ermənistan bundan öncə 9 noyabr bəyannaməsində Azərbaycanın Naxçıvan MR ilə quru sərhədlərini birləşdirəcək dəhlizin açılmasına razılıq versə də, daha sonra bu maddənin tələblərini təhrif edərək boyun qaçırmağa çalışdı. Belə bir halın təkrarlanmaması üçün Ermənistan gərək özünü sazişlərə və öhdəliklərə əməl edən edən tərəf kimi sübut etməlidir. Bütün bu proseslərdən baş verdikdən sonra biz sülh sazişinə daha yaxın olasıyıq”.

Nərminə UMUDLU Poliqon.info