Ukrayna Vensi öz tərəfinə çəkməyə çalışır

Ali Radanın Xarici Siyasət Komitəsinin rəhbəri Aleksey Merejko bildirib ki, Ukrayna ABŞ-ın vitse-prezidentliyə namizədi Ceyms D.Vensin fikrini dəyişdirməyə çalışacaq...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti məlumat yayıb.

Xatırladaq ki, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp Vensi vitse-prezidentliyə namizəd seçib. Vens Ukraynaya yardımın kəskin əleyhdarı kimi tanınır. Onun fikrincə, Kiyevin ərazilərinin bir hissəsini itirməsi ilə barışmalı olduğunu etiraf etmək ABŞ-ın maraqlarına uyğundur. Vens həmçinin vurğulayıb ki, Ukraynada baş verənlər onun vecinə də deyil.

Politico yazır ki, Avropa liderləri və diplomatları Vensin Trampın vitse-prezident namizədi kimi seçilməsi ilə bağlı “şok və qorxu” keçiriblər.

Ali Radanın Xarici Siyasət Komitəsinin rəhbəri Aleksey Merejko bildirib ki, Vens Trampın şiddətli tənqidçisindən qızğın tərəfdarına çevrilməsi onun digər məsələlərdə, o cümlədən Ukraynaya yardımla bağlı da fikir dəyişdirə biləcəyinə dəlalət edir. Politico-nun Ukrayna parlamentindəki digər həmsöhbətləri bildiriblər ki, Ukraynaya kömək etmək və Rusiyanın Avropaya doğru irəliləməsini qarşısını almaq ABŞ-ın strateji maraqlarına uyğundur.

“Ceyms Vensin Ağ Evdə olanda Amerikanın maraqlarına zidd hərəkət etməyə başlayacağını təsəvvür etmək bizim üçün çətindir”, deyə Nəşrin mənbələrindən biri bildirib.

Bəzi Politico mənbələri isə bu fikirdədirlər ki, ənənəvi olaraq xarici siyasələ bağlı mühüm qərarları vitse-prezident deyil, Tramp verəcək.

Poliqon.info