Macarıstan Aİ-ni Rusiya ilə əlaqə kanallarını açmağa çağırıb

Siyyarto: Avropa İttifaqı Ukrayna ilə əlaqələri saxlamaqla, Rusiya ilə əlaqə kanalı açmalıdır...

Macarıstan Aİ-ni Ukrayna böhranını həll etmək üçün Rusiya ilə kommunikasiya kanallarını açmağa çağırır, eyni zamanda Kiyevlə əlaqələr də qorunmalıdır.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinə müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Bizim strategiya legitimliyi diplomatik kanallara qaytarmağa, Ukrayna ilə yüksək səviyyədə əlaqə saxlamaqla kommunikasiya kanallarını açmaqla sülhə ümidi bərpa etməyə əsaslanır”, deyə Siyyarto Rusiya ilə Aİ arasında dialoqun inkişafı üçün lazımi addımların atılması gərəkdiyini qeyd edib.

Siyyarto həmçinin bildirib ki, Ukrayna münaqişəsinin həlli üzrə sülh konfransının ikinci mərhələsi bu il baş tuta bilər. Rusiyanın da bu danışıqlarda iştirak edə biləcəyi gözlənilir.

Bundan əlavə, Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Avropa İttifaqı rəhbərliyinin təhdidləri və şantajı Macarıstanı Ukrayna münaqişəsinin həlli üzrə dinc missiyasını dayandırmağa məcbur etməyəcək.

Poliqon.info