Duda Rusiya ilə Qərb arasında müharibə riski barədə xəbərdarlıq edib

Polşa prezidenti Anjey Duda bildirib ki, Rusiyanın Ukraynada qələbəsi NATO ilə müharibəyə səbəb ola bilər...

Rusiyanın Ukrayna münaqişəsində qələbəsi NATO ilə müharibəyə səbəb ola bilər.

Poliqon xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda “Wirtualna Polska” nəşrinə müsahibəsində bildirib.

“Ukraynadan sonra Rusiyanın Qərblə potensial müharibəsi inanılmaz dərəcədə yaxın olacaq”, deyə Polşa prezidenti kraynanın Rusiya ilə münaqişədə mümkün məğlubiyyəti ilə bağlı sualı cavablandırarkən deyib.

Duda qeyd edib ki, Şimali Atlantika Alyansı artıq Rusiya qüvvələri ilə mümkün hərbi əməliyyatlara hazırlaşır.

Qeyd edək ki, Vaşinqtonda keçirilən NATO sammitinin yekun bəyanatında Rusiyanı alyans dövlətləri üçün əsas təhlükə hesab edilib.

Poliqon.info